əfsanəvi cüdoçu Bakıya gəlir

4–11 oktyabr tarixlərində paytaxtda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, Avropa təmsilçisi fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. Komanda kişilərdə 5, qadınlarda isə 6 çəki dərəcəsində mübarizə aparacaq.

Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kq) də yer alıb. 5-qat olimpiya çempionu, 12-qat dünya çempionu və 5-qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə titul uğrunda tatamiyə çıxacaq.

Fransa millisinin heyəti:

Kişilər
-60 kq – Luka Mxeidze, Romen Valadye Pikar
-66 kq – Valid Xyar, Dayki Buba
-73 kq – Joan-Benjamin Qaba, Dayan Bulemtafes
-90 kq – Maksim Qael Nqayap Hambu
+100 kq – Teddi Riner

Qadınlar
-48 kq – Şirin Bukli
-57 kq – Sara Leoni Sizik
-63 kq – Klaris Aqbeqnenu, Manon Deketer
-70 kq – Klemans Em
-78 kq – Odri Tşeumeo, Kayla İssufi
+78 kq – Roman Diko, Lea Fonten

Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (-73 kq), Aleksis Matyö (-90 kq), Mateo Akiana Monqo, Tyeman Diabi (hər ikisi+90 kq), həmçinin Marta Favaz (-57 kq) yer alacaq.

Həmin kateqoriyadan