Əhəd Əliyev: Bu 20 ildə İlham Əliyev Mil­li Olim­pi­ya Ko­mi­tə­si­ndə çox böyük işlər görüb

1997-ci il­də Azər­bay­can li­de­ri Hey­dər Əli­ye­vin səy­lə­ri ilə ar­tıq hə­ya­tın bü­tün sa­hə­lə­rin­də ol­du­ğu ki­mi, id­man­da da mü­əy­yən­ləş­di­ri­lib for­ma­laş­mış yol­la irə­li­lə­yir­di. Bu­nun­la be­lə, cə­mi bir ne­çə ilə pə­rən-pə­rən sa­lın­mış is­te­dad­la­rı to­par­la­maq, məhv həd­di­nə çat­dı­rıl­mış tə­sər­rü­fa­tı bər­pa et­mək üçün qüv­və­lə­rin sə­fər­bər edil­mə­si gə­rək idi. Am­ma iş tək bu­nun­la bit­mir­di. Döv­rün, za­ma­nın tə­ləb­lə­ri baş­qa idi. Ta­ri­xi­nin “ən ye­ni” ça­ğı­na qə­dəm qoy­muş ək­sər id­man növ­lə­rin­də bey­nəl­xalq sə­viy­yə­də təş­ki­lat­lan­ma op­ti­mal in­ki­şaf həd­di­nə çat­mış­dı. Üs­tə­lik, mü­na­si­bət­lər sis­te­mi də so­vet döv­rün­də adət et­di­yi­miz­dən fərq­li idi. Va­hid mər­kəz­dən müt­ləq qə­rar­lar­la ida­rəe­di­ci­lik müm­kün, əs­lin­də elə ar­zuo­lu­nan da de­yil­di. Həmin il ölkə idmanında mühüm hadisə baş verdi: İlham Əliyev Mil­li Olim­pi­ya Ko­mi­tə­si­nə prezident seçildi və bu sahədə canlanma baş verdi. Öl­kə­də is­tər döv­lət, is­tər­sə də ic­ti­mai id­man qu­rum­la­rı­nın vəh­dət işi­nə na­il olun­du. Hə­rə­ka­ta mil­li fe­de­ra­si­ya­la­rın və müx­tə­lif id­man təş­ki­lat­la­rı­nın qo­şul­ma­sı çox­şa­xə­li qol­la­rın va­hid xət­də bir­ləş­mə­si­nə kö­mək et­di.

Axı miq­ya­sın ge­niş­li­yi, id­ma­nın təb­liğ olun­ma­sı­na, diq­qət mər­kə­zi­nə düş­mə­si­nə, küt­lə­vi­li­yin tə­min edil­mə­si­nə, ona ma­ra­ğın art­ma­sı­na və bü­tün bun­la­rın ye­ku­nun­da baş­lı­ca məq­səd olan “Sağ­lam bə­dən­də sağ­lam ruh”, “sağ­lam dü­şün­cə xoş gə­lə­cə­yin, yük­sək ri­fa­hın tə­mi­nat­çı­sı­dır” prin­sip­lə­ri­nin öl­kə hə­ya­tı­nın apa­rı­cı qüv­və­si­nə çev­ril­mə­si­nə xid­mət gös­tə­rir. Ey­ni za­man­da, bu iş xa­ri­ci aləm­də də əks sə­da do­ğur­maq­la öl­kə­nin for­ma­la­şan imi­cin­də ək­si­ni ta­pır.
Üstəlik, bir vaxt­lar te­le­vi­zi­ya ek­ran­la­rın­dan həs­rət­lə iz­lə­di­yi­miz ya­rış­la­rı­na bu gün Ba­kı­nın id­man qur­ğu­la­rın­da ta­ma­şa et­mək biz­lər üçün adi hə­yat tər­zi­nə çev­ri­lib.

Bakı-2015 ilk Avropa oyunları, İslamiada-2017, Ümumdünya Şahmat Olimpiadası-2016, formula-1 üzrə Azərbaycan qran-prisi, qitə və dün­ya çem­pio­nat­la­rı, dün­ya ku­bo­kuları, olim­pi­ya oyun­la­rı­na li­sen­zi­ya ve­rən nü­fuz­lu bey­nəl­xalq tur­nir­lə­ri yük­sək sə­viy­yə­də ke­çi­ril­mə­si bey­nəl­xalq id­man qu­rum­la­rın tə­rə­fin­dən öl­kə­mi­zə olan eti­ma­dın il­bə­il art­ma­sı ilə mü­şai­yət olu­nur. Bu il cənab prezidentin MOK-a rəhbər seçilməsindən 20 il ötür. Ölkənin idman adamları müsahibələrində həmin hadisəni yüksək qiymətləndirirlər. Gənclər və idman nazirliyində güləş üzrə seleksiyaçı, dəfələrlə SSRİ və Avropa çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhəd Əliyev allsport.az saytına verdiyi açıqlamada dedi ki, İl­ham Əli­ye­v sözü gedən quruma başçı se­çil­dik­dən son­ra tək­lif et­di­yi və özü­nün də hə­ya­ta ke­çi­ril­mə­si­nə xü­su­si nə­za­rət et­di­yi ana xətt öl­kə id­ma­nın­da can­lan­ma­ya, olim­pi­ya hə­rə­ka­tı­nın ge­niş­lən­mə­si­nə sə­bəb ol­du:

«20 ildir ki, cənab İlham Əliyev Mil­li Olim­pi­ya Ko­mi­tə­si­nə prezident seçilib. Bu yubiley ilində onu təbrik etməyə özümə borc bilirəm. Ölkə başçımıza can sağlığı, işində uğurlar diləyirəm. Arzum budur ki, İlham Əliyev 20 il bundan sonra da bu vəzifəni daşısın. Bununla yanaşı, yenə ölkəmizə rəhbərlik etsin.
O, ötən 20 il ərzində çox böyük işlər görüb. Öz yaşıma, təcrübəmə asaslanıb bunu deyirəm: sovet dövründə çox titul qazanmışam, amma bizə bu həddə diqqət və qayğı olmayıb. Halbuki o dönəmdə idmançılara edilən dəstək digər kapitalist ölkələrinə nümunə idi.

İlham Əliyev vəzifə başına keçdikdən sonra, işsiz qalan idmançıları və mütəxəssisləri bir araya gətirdi, onlara yol göstərdi, şans verdi, qabağa çəkidi.  İndi maşallah, medallarımızın sayı hədsizdir. Medal bir az olanda, razı qalmırıq. Çünki çoxa öyrəşmişik. Elə yarış olmasın ki, Azərbaycan orda iştirak etməsin. Olimpiya oyunları, dünya və Avropa çempionatlarında mükafatlarımızın sayı-hesabı yoxdur. Ölkəmiz bir müddətdir mötəbər yarışarın keçirilmə mərkəzinə çevrilib.Bu ilin mayında təşkil olunan İslam olimpiadası bütün dünyanı yenə heyrətə gətirdi. Formula1 barədə də xoş söz deyə bilrəm. Düzü, heç vaxt ağlıma gəlməzdi ki, nə vaxsa bu cür nüfuzlu yarışa ev sahibliyi edəcəyik. Bizə bu sevinci yaşatdığına, böyük diqqət və qayğı göstərdiyinə görə cənab prezidentimizə təşəkkür edirəm. Ona can sağlığı, uzun ömür arzulayıram».

Kamran HACI

Həmin kateqoriyadan