VİDEO
“Əmrəli qol epizodlarını boşa verdiyi üçün şanslıyıq”

“Yaxşı oyun alındı. Bu matçı izləmək xoş idi. Görüşdə çoxlu həyacan və qollar oldu. Qalib gəldiyimiz üçün şadıq”.

Allsport.az xəbər verir ki, bu fikirləri “Pyast”ın baş məşqçisi Valdemar Fornalik “Legiya”nı 4:1 hesabı məğlub etdikləri Polşa ekstraklasasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis Varşava təmsilçisinin heyətində çıxış edən Mahir Əmrəlinin görüşün əvvəlində qol şanslarından yararlana bilmədiyini söyləyib və bunun üçün şanslı olduqlarını etiraf edib.

Əmrəli görüş ərzində topu 3 dəfə dirəyə vurub. 24 yaşlı hücumçu 4-cü dəqiqədə ardıcıl 2 dəfə qapıya zərbə endirib, lakin uğursuzluqla üzləşib. Emreli 71-ci dəqiqədə də eyni aqibəti yaşayıb.

Həmin kateqoriyadan