- Baxış sayı: 35
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Polşa çempionatında 12-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Əmrəlinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pyast”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl dördüncü məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu sonadək mübarizə aparıb.
12 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış 2 oyunu da var.