Əmrəlinin klubu növbəti oyununu keçirəcək

Əmrəlinin klubu növbəti oyununu keçirəcək

Azərbaycan millisinin üzvü Mahir Əmrəlinin də çıxış etdiyi “Legiya” bu gün Polşa çempionatında növbəti matçına çıxacaq. 

Allsport.az xəbər verir ki, Varşava təmsilçisi 17-ci turda “Krakov”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, digərlərindən 2 oyun az keçirən “Legiya” hazırda turnir cədvəlində 12 xalla 16-cıdır. “Krakov” isə 20 xalla 12-ci pillədə qərarlaşır. 

23:00. “Krakov” – “Legiya”

Həmin kateqoriyadan