“Əvvəlkilərlə müqayisədə, bu dəfə fərqli oynadıq”

Bu gün millətlər liqasının 3-cü turunda millimiz Podqoritsada Qaradağın qonağı olub. Allsport.az saytı xəbər verir ki, rəqibin 2:0 qalib gəldiyi matçda baş məşqçi Fərrux Hacıbəyiç bunu deyib:

“Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlkilərlə müqayisədə, bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdır.

Meydanın istənilən səviyyədə olmaması oyunumuza təsir etdi. Qalib gəlmək vacib idi. Sevindirici haldı ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq”.

Həmin kateqoriyadan