- Baxış sayı: 58
- 06 Avqust 2026 10:53
- Baxış sayı: 103
- Avqust 10, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz bilək zədəsindən sonra psixoloji çətinliklərlə üzləşib.
Allsport.az xəbər verir ki, bu barədə İtaliya tennis federasiyasının tibbi komissiyasının rəhbəri Canni Daniele fikirlərini bölüşüb.
O, zədənin dəqiq açıqlanmadığını və əvvəlki məşq intensivliyinə qayıtmaqda çətinlik çəkən idmançıda depressiya halının yarandığını diqqətə çatdırıb. Mütəxəssisin sözlərinə görə, yaranan psixoloji zəiflik 7 qat “Böyük dəbilqə” çempionunun özünəinamını azalda və onun düşüncələrinə mənfi təsir göstərə bilər.
Dünya reytinqində 2-ci sırada qərarlaşan Əlqərəz aprelin ortalarından bəri zədə səbəbindən sıradan çıxıb. O, avqustun 5-də Sinsinnati turnirində iştirakdan imtina edib.