- Baxış sayı: 36
- 13 Noyabr 2026 21:21
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Ben Şelton, Lerner Tien və Brendon Nakaşima Monreal “Ustadlar”da yarımfinala yüksəliblər.
Allsport.az xəbər verir ki, bu, Kanada turnirində 1994-ci ildən bəri ilk belə hadisədir.
Son 32 ildə ilk dəfə üç amerikalı tennisçi Kanadada keçirilən turnirin yarımfinalında mübarizə aparacaq.
Ümumilikdə isə “Ustadlar” turnirlərində üç ABŞ təmsilçisi sonuncu dəfə 1994-cü ildə Mayamidə yarımfinala çıxmışdı. Həmin vaxt Pit Sampras, Andre Aqassi və Cim Kuryer bu uğura imza atmışdılar.