- Baxış sayı: 40
- 12 Avqust 2026 11:23
- Baxış sayı: 189
- Avqust 12, 2026
- 0

Amerikalı tennisçi Lerner Tien Monrealda keçirilən “Ustadlar” turnirinin 1/4 finalında Daniel Meridanı 6:3, 6:2 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, Tien karyerasında ilk dəfə yarışın yarımfinalına yüksəlib.
Ümumilikdə, 20 yaşlı tennisçi ATP səviyyəli turnirlərdə beşinci dəfə yarımfinala yüksəlib. Əvvəlki dörd yarımfinalın hamısı ATP-250 turnirlərində olub. Tien bu yarışların ikisində çempionluq qazanıb.
Amerikalı tennisçi Monrealda növbəti mərhələdə turnirin son qalibi Ben Şeltonla qarşılaşacaq. Tərəflər arasında əvvəlki iki görüşdə Tien qalib gəlib.