- Baxış sayı: 43
- 25 Sentyabr 2026 21:13
- Baxış sayı: 75
- Sentyabr 25, 2026
- 0

ABŞ tennisçisi Brendon Nakaşima Monrealda keçirilən “Ustadlar” turnirində yarımfinala yüksəlib.
Allsport.az xəbər verir ki, 24 yaşlı tennisçi 1/4 finalda italiyalı Luçano Darderiyə qalib gəlib – 6:2, 6:3.
Bu, Nakaşimanın son 8 matçda 7-ci qələbəsi olub. O, canlı reytinqdə karyerasında ilk dəfə 25-ci pilləyə yüksəlib.
Amerikalı tennisçi ATP səviyyəsində 14-cü, “Ustadlar” turnirində isə ilk dəfə yarımfinala vəsiqə qazanıb. Onun bu mərhələdə balansı 4 qələbə və 9 məğlubiyyətdən ibarətdir.
Nakaşima yarımfinalda Rafael Xodar – Artur Fis cütünün qalibi ilə qarşılaşacaq.