- Baxış sayı: 14
- 21 İyul 2026 10:36
- Baxış sayı: 69
- İyul 19, 2026
- 0

Lionel Messi ilə Lamin Yamalın 19 il əvvəl birlikdə çəkilən fotosu yenidən böyük marağa səbəb olub.
Allsport.az xəbər verir ki, illər əvvəl adi bir kadr kimi görünən foto bu gün futbol tarixinin ən maraqlı görüntülərindən biri hesab olunur.
Belə ki, şəkil çəkilən zaman Messi artıq dünya futbolunun yüksələn istedadlarından biri idi. Yamal isə cəmi bir neçə aylıq körpə idi və onun gələcəkdə futbolun ən parlaq ulduzlarından birinə çevriləcəyini heç kim təsəvvür etmirdi.
Aradan 19 il keçdikdən sonra isə tale onları DÇ-2026-da rəqib kimi üz-üzə gətirib.
Sosial şəbəkələrdə geniş yayılan foto futbolsevərlər tərəfindən “tarixə çevrilən kadr” kimi qiymətləndirilir. Bir çox istifadəçi Messinin həmin gün qucağına aldığı körpənin illər sonra dünya çempionatında ona rəqib olacağını bilmədiyini vurğulayıb.