Ten Haq: “Markus bir mövsümdə 40 qol vurmağa qadirdir”

Erik Ten Haq, Markus Reşfordun bir mövsümdə 40 qol vura biləcəyini bildirib. Allsport.az xəbər verir ki, ücumçu premyer liqada bu mövsüm 17 matçda 34 qol vurub.

“Markusun oyununu yaxşılaşdırmaq üçün çoxlu çalışır. Əminəm ki, o, daha çox qol vura bilərdi. Məsələn, son on matçı götürsəniz, o, kifayət qədər qol vurmadı. Düşünürəm ki, 2-3 fürsətini dəyərləndirə bilmədi.

Ona görə də yaxşılığa doğru dəyişə bilər. Amma Markusla xoşbəxtəm. Biz onu bacardığımız qədər dəstəklədik. Təkcə futbol baxımından yox, həm də düşüncə tərzi baxımından. Buna görə də biz məmnunuq, ancaq daha çox şey əldə etməyə çalışmalıyıq.

Mən əminəm ki, Markus bir mövsümdə 40 qol vurmağa qadirdir” – deyə “Mançester Yunayted”in baş məşqçisi Ten Haq bildirib.

Həmin kateqoriyadan