2-ci Vətən müharibəsi qəhrəmanı paralimpiyaçı çempoinla ailə qurdu

“Ağdamın azad olunmasına görə”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilən 2-ci Vətən müharibəsi qazisi Vaqif Babazadə ailə həyatı qurub. Allsport.az saytı xəbər verir ki, o, ASAN xidmətin əməkdaşı, paralimpiyaçı Vüsalə Kərimova ilə evlənib.

Elimizin gəlini əlil arabasında idman rəqslərində çıxış edib. Minskdə dünya çempionatı-2012-də bürünc medal qazanıb. 1 il sonra Moskvada qitələrarası kubokda baş mükafata yiyələnib. O, 2016-cı ildə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Həmin kateqoriyadan