2-ci Vətən müharibəsi qaziləri idmana cəlb olunur

Bu gün ƏAQF-də 2-ci Vətən müharibəsi qazilərinin idmana cəlb olunması ilə bağlı tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının prorektoru Təhminə Tağızadə, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, əlil arabasında qılıncoynatma federasiyasının prezidenti Asəf Məlikov, 2-ci Qarabağ savaşı iştirakçıları, qazilər, paralimpiya çempionları və mükafatçıları iştirak ediblər.

Tədbirdə, qazilərin idmana cəlb olunmasının cəmiyyətə inteqrasiyaya və paralimpiya hərəkatına qoşulmalarına zəmin yaratdığı qeyd olunub. Cari ilin noyabr ayının 8-nə qədər qazilərimiz arasında qılıncoynatma üzrə “Zəfər kuboku” keçiriləcək. Gələcəkdə bu təkcə qılıncoynatma idman növü üzrə deyil, digər idman növlərinə də şamil edilə bilər.

Həmin kateqoriyadan