2 dəqiq penalti vur, Norveç – Azərbaycan oyununa bilet qazan!

AFFA və Norveçin “StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç matçında uduşlu müsabiqə keçiriləcək. Allsport.az xəbər verir ki, viktorina “Bakcell Arena”da baş tutacaq qarşılaşmanın fasiləsində təşkil olunacaq.

Fasilədə peşəkar qapıçı topu tribunaya atacaq, tutan şəxs müsabiqədə iştirak edərək penalti vurmaq şansı qazanacaq. 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi təqdirdə qalib hesab olunacaq və milli komandanın formasını əldə edəcək.

Ən əsası isə, qalib gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan matçını stadiondan canlı izləmək imkanına qovuşacaq.

Təyyarə, oyun bileti, oteldə 1 gecə qalma və viza xərci “StatOil” şirkəti tərəfindən ödəniləcək.

Müsabiqənin şərtləri:
1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;
2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;
3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq;

Həmin kateqoriyadan