20-ci lisenziya Şamodan gəldi

Milli paralimpiya komandasının idmançısı Tokio 2020 yay paralimpiya
oyunlarına 20-ci lisenziyanı qazanıb. Allsport.az xəbər verir ki, Dubayda keçirilən dünya kubokunda pauerliftinq idman növü üzrə millimizin üzvü, Şamo Aslanov (+107 kq) 223 kq nəticə göstərərək yarışın gümüş medalına sahib oldu.

Yüksək nəticə əldə etmiş Şamo Aslanov Tokio 2020 yay
paralimpiya oyunlarında Azərbaycanı təmsil edəcək. Milli paralimpiya komitəsinin idmançıları paralimpiadaya 20 lisenziya qazanıblar. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

Həmin kateqoriyadan