- Baxış sayı: 6
- 09 İyul 2026 23:35
- Baxış sayı: 379
- İyul 08, 2026
- 0

İsveçrə millisinin kapitanı Qranit Caka DÇ-2026-nın 1/4 finalında Argentina ilə keçiriləcək oyun haqda danışıb.
Allsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının mundialda mümkün qədər irəli getmək istədiyini bildirib.
Caka hədəfə yaxınlaşdıqca uğur istəyinin daha da artdığını deyib:
“Belə məqsədə bu qədər yaxın olanda uğur qazanmaq istəyi daha da güclənir. Hazırda müsbət təzyiq hiss edirik. Biz irəli getmək istəyirik.
Messi və Kriştianu Ronaldu dövründə oynamaq bizim üçün böyük imtiyazdır.
Argentina millisinin oyununu hələ detallı şəkildə təhlil etməmişik. Amma sabah çox ciddi analizə başlayacağıq”.
İsveçrə millisi DÇ-2026-nın 1/4 finalında Argentina ilə qarşılaşacaq. Oyun iyulun 12-də Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək.