Portuqaliya sevgisi onu ulduza çevirdi – FOTO

Portuqaliya sevgisi onu ulduza çevirdi – FOTO

DÇ-2026 zamanı sosial şəbəkələrdə ən çox müzakirə olunan bloqçulardan biri də belçikalı kontent istehsalçısı Selin Dept olub.

Allsport.az xəbər verir ki, o, əsasən Portuqaliya millisinə verdiyi dəstək və Kriştianu Ronalduya olan sevgisi ilə diqqət çəkir.

Selin Dept matçlar zamanı Portuqaliyanın qollarına emosional reaksiyalar çəkir, Ronaldunun məşhur “Siuuu” sevincini təkrarlayır və komandanın turnirlə vidalaşmasından sonra göz yaşlarını saxlaya bilmir.

Blogerin ən böyük arzularından biri isə Kriştianu Ronaldu ilə görüşmək olub. O, bu arzusunu gerçəkləşdirərək portuqaliyalı ulduzla iki dəfə görüşüb.

Selin Deptin Ronaldu ilə ilk görüşünü əks etdirən video qısa müddətdə böyük maraq doğuraraq bir aya çatmadan təxminən 500 milyon baxış toplayıb.

Həmin kateqoriyadan