- Baxış sayı: 2
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

“Qarabağ”, Avropa liqasının 2-ci təsnifatının cavab oyununa çıxıb. Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə Bolqarıstan SSKA-sı ilə üz-üzə gəlib.
Sofiyada keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər sıralamasına ehtiyac yaranıb. Bunda daha dəqiq oynayan SSKA 5:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Beləliklə, “Qarabağ” turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi avrokuboklardakı çıxışını konfrans liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.