- Baxış sayı: 36
- 04 Sentyabr 2026 11:37
- Baxış sayı: 70
- Sentyabr 01, 2026
- 0
Bu gün Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raunduna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda bürünc mükafat uğrunda matçda otüstü hokkeyçilərimiz Meksika millisini 5:2 üstələyiblər.
Komandamızın üzvləri qol sıralamasında bir müddət liderlik etsə də, yekunda zirvəni əldən veriblər. Yarımfinalda bizə, sonra ev sahiblərinə qalib gələn İtaliya yığmasının oyunçusu Culiana Ruggeri bombardir olub – 7 top. Sonrakı 3 yeri 6 qolla millimizin hokkeyçiləri – Xatirə Əliyeva, Fəridə Məmmədova və Lübov Drujinina tutublar.