3 otüstü hokkeyçimiz qol siyahısında liderdir

Bu gün Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raundunun qrup mərhələsinin oyunları başa çatıb.

Allsport.az saytı xəbər verir ki, «B» qrupunda yer alan otüstü hokkeyçilərimiz hər 3 matçı qələbə ilə başa vurub.

Qol sıralamasında seçmə komandamızın 3 üzvü liderdir. 1 het-trik və 1 dubl edən Fəridə Məmmədova bombardirlər siyahısında 1-cidir. Hərəyə 3 dəfə fərqlənən Lyubov Drujinina və kapitan Xatirə Əliyeva 2-3-cü yerləri bölüşdürürlər.

Həmin kateqoriyadan