- Baxış sayı: 20
- 17 İyul 2026 23:56
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın yarımfinalında Argentinaya qarşı keçirilən matçda (1:2) yol verdiyi hərəkətinə görə diskvalifikasiya ilə üzləşə bilər.
Allsport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra o, komanda yoldaşları ilə qələbəni qeyd edən Valentin Barkoya arxadan yaxınlaşaraq onun başına şillə vurub.
Argentinalı futbolçu isə buna cavab olaraq ingiltərəli futbolçunu sinəsindən itələyib. Qeyri-oyun epizodunda baş verən bu hadisə matçın baş hakiminin diqqətindən kənarda qalsa da, televiziya kameralarının obyektivinə düşüb. İndi FİFA-nın intizam komitəsi bu insidentə baxa bilər.
Qaydalara əsasən, əgər hakimlər qayda pozuntusunu görməyiblərsə, komitə videotəkrarlar əsasında cəza tətbiq etmək hüququna malikdir. Baş verən insidentə görə Bellingemin minimum 3 oyunluq diskvalifikasiya olunacağı və pul cəzasına məruz qalacağı gözlənilir.
İttihamlar təsdiqini taparsa, yarımmüdafiəçi təkcə qarşıdan gələn üçüncü yer uğrunda matçı deyil, həm də növbəti beynəlxalq sikldə yığmanın ilk rəsmi oyunlarını buraxacaq.