- Baxış sayı: 32
- 15 Sentyabr 2026 11:21
- Baxış sayı: 202
- Sentyabr 13, 2026
- 0

Boliviya çempionatında qalmaqallı hadisə yaşanıb.
Allsport.az xəbər verir ki, “Quabira”nın qapıçısı Manuel Ferrelin matçdan əvvəl ölüm təhdidi aldığı açıqlanıb.
Komandasının 0:6 hesabı ilə məğlub olduğu qarşılaşmada 35 dəqiqə ərzində 3 qol buraxan Ferrel daha sonra oyundan çıxıb.
“Quabira”nın baş məşqçisi Leandro Eques matçdan sonra hadisənin təfərrüatlarını açıqlayıb:
“Futbolu çirkləndirdilər. Futbol artıq ləkələnib. Bu gün mənim qapıçımı, onun həyat yoldaşını və anasını öldürməklə hədələyiblər. Manuel Ferreldən müəyyən məbləğdə pul ödəməsi və ya ən azı 3 qol buraxması tələb olunub. Əks halda ailəsini öldürəcəklərini deyiblər. Qapıçım bunu meydanda bizə deyə bildi.
Bu məsələ araşdırılmalıdır. Məsul şəxsləri tapın! Xahiş edirəm, günahkarları müəyyənləşdirin və həbs edin. Bu qədər də olmaz”.