3 ulduz bir arada – FOTO

3 ulduz bir arada – FOTO

Braziliya futbolunun əfsanəsi Ronaldo Nazario DÇ-2026-nın finalından sonra diqqətçəkən paylaşım edib.

Allsport.az xəbər verir ki, veteran hücumçu final mərasimində çıxış edən dünya şöhrətli müğənni Madonna və sabiq komanda yoldaşı Ronaldinyu ilə bağlı paylaşımında Braziliyanın futbol tarixindəki yerini xüsusi vurğulayıb.

Ronaldo paylaşımında bunları yazıb:

“Kim dedi ki, finalda Braziliya olmayacaq? Hörmət edin, biz hələ də futbol ölkəsiyik! Bu, bizim kimliyimiz, mədəni ifadəmizdir, sənətdir. Madonna da sənəti çox yaxşı anlayır. Bu möhtəşəm anı bizimlə bölüşdüyü üçün ona təşəkkür edirəm.

Dostlar, necə də möhtəşəm an idi! Pop musiqisinin kraliçasını heç vaxt unudulmayacaq bir hekayənin parçasına çevirdik. Unutmayaq ki, 5-qat dünya çempionu olan yeganə ölkə Braziliyadır. DÇ-2030 isə artıq uzaqda deyil. İrəli, Braziliya!”

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın finalında İspaniya Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Final mərasimində məşhur amerikalı müğənni Madonna səhnə alıb.

Həmin kateqoriyadan