- Baxış sayı: 67
- 29 İyul 2026 11:58
- Baxış sayı: 30
- Avqust 10, 2026
- 0

Milli paralimpiya komandamız rekord sayda lisenziya ilə “Tokio-2020″də Azərbaycanı təmsil edəcək. Allsport.az xəbər verir ki, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.
Bu günədək AMPK-nın idmançıları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.