4-cü İslam Həmrəyli Oyunlarına 1 il qalması ilə bağlı Bakıda toplantı keçiriləcək

Sabah “Hilton” mehmanxanasında 4-cü İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə komissiyasının sayca 3-cü iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda Əlaqələndirmə komissiyasının və İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.

Günün birinci yarısından sonra oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq. Günün 2-ci hissəsi media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Tədbirdə gənclər və idman naziri, 4-cü İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.
Ən əlamətdar hadisələrindən biri 4-cü İslam Həmrəyliyi oyunlarının başlamasına 1 il qalmasıdır. Bunula əlaqədar olaraq mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək.

Axşam isə Bakı Biznes Mərkəzinin qarşısında 4-cü İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq. Sabah tədbirlə əlaqədar olaraq MOK-lərinin “Açıq gün” iclası keçiriləcək. Yığıncaqda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. Toplantı zamanı oyunların təhlüksizlik, akreditasiya, nəqliyyat və s kimi məsələləri müzakirə olunacaq.

Həmin kateqoriyadan