42 oyun sonra məğlub oldular

42 oyun sonra məğlub oldular

DÇ-2026-nın 1/4 final mərhələsində Fransa millisinə 0:2 hesabı ilə məğlub olan Mərakeş yığması turnirlə yanaşı, uzunmüddətli məğlubiyyətsizlik seriyasını da başa vurub.

Allsport.az xəbər verir ki, Afrika təmsilçisinin ardıcıl 42 oyundan ibarət məğlubiyyətsizlik seriyası Fransa ilə qarşılaşmada sona çatıb.

Mərakeş millisi sonuncu dəfə 2025-ci il avqustun 10-da Afrika millətlər çempionatında Keniya yığmasına 0:1 hesabı ilə uduzmuşdu. Həmin məğlubiyyətdən sonra komanda 42 oyunda rəqiblərinə məğlub olmamışdı. Fransa ilə DÇ-2026-nın 1/4 finalındakı 0:2 hesablı məğlubiyyət isə bu uğurlu seriyaya son qoyub.

Həmin kateqoriyadan