43 yaşında karyerasını bitirdi

Andorra futbolunun əfsanəsi İldefons Lima millidə çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, 43 yaşlı müdafiəçi Avro-2024-ün seçməsində evdə Belarusla 0:0 bitən matçdan sonra karyerası ilə vidalaşıb. Bu, onun “üçrənglilər”in heyətində 136-cı oyunu olub. Veteran stoper həm ən çox oyun keçirən, həm də ən çox qol vuran (11 qol) futbolçu ünvanının sahibidir. Kapitan indiyədək bir sıra rekordların müəllifi olub:

– 7 Avropa çempionatının ələməsində çıxış edən ilk futbolçu (Avro-2000-dən Avro-2024-ə qədər);
– AÇ-nin seçməsində ən yaşlı futbolçu kimi özünə məxsus rekordu bir qədər də əlçatmaz edib – 43 yaş 8 ay 30 gün;
– Milli komandada ən uzun müddət çıxış edən futbolçu rekordu da Limaya məxsusdur. Bu gecə 26 il 80 günə çatıb.

Həmin kateqoriyadan