Misirli Yasin Həmid 3 il “qartallar” üçün oynayacaq

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, komanda mövsümlərarası fasilədə 2-ci legionerlə anlaşıb.

Yerli futbolsevərlərə də yaxşı tanış olan Yasin Həmidlə 3 illik müqavilə imzalanıb. Yasin ötən mövsüm “Rəvan”dakı çıxışı ilə diqqət mərkəzinə düşmüşdü.

Universal futbolçu ölkəmizə Ukraynadan gəlib. Misir əsilli Yasin Həmid “Xarkov”un yetirmısidir. Həmçinin, “Metallurq” və “Stal” klublarında çıxış edib. 23 yaşlı Yasin Ukraynanın U-19 yığmasında da forma geyinmək şansı qazanıb.

Həmin kateqoriyadan