- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Portuqaliya və Sloveniya milli komandaları arasında Avro-2024-ün 1/8 final oyunu keçirilib.
Allsport.az xəbər verir ki, görüş penaltilər seriyasında portuqalların 3:0 hesablı qələbəsi ilə bitib.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilk hissənin sonunda təhlükəli cərimə zərbəsi yerinə yetirsə də, top hədəfə çata bilməyib.
O, əsas beynəlxalq turnirlərdə (Avropa və dünya çempionatlarında) 58 birbaşa cərimə zərbəsi yerinə yetirib, ancaq bir dəfə fərqlənib.