Dünya çempionatın ilk oyunu argentinalı hakimlərə tapşırılıb

Sabah Rusiyada Dünya Kuboku-2018 başlayacaq. Allsport.az saytı xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Rusiya və Səudiyyə Ərəbistanı seçmə komandaları arasında açılış oyununun hakimləri Argentinadandır. Baş referi Nestor Pitanaydır. Ona Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.
Dünya çempionatında ilk dəfə referilərə videoyardım sistemi (VAR) çalışacaq. Dəstəyə italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil ediliblər.

Həmin kateqoriyadan