- Baxış sayı: 48
- 25 Mart 2023 17:00
- Baxış sayı: 61
- Mart 25, 2023
- 0
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, qitə birinciliyinin 6-cı sərbəst güləş üzrə təmsilçilərimiz medal görşlərinə çıxıblar.
Nürəddin Novruzov (57 kq) bürünc medal uğrunda qarşılaşmada Edik Harutyunyana (Ermənistan) da uduzaraq 5-ci yerlə kifayətlənib.
Rəşid Babazadə (65 kq) finalda fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gəlsə də, yarımfinal görüşündə aldığı zədə ona güləşməyə imkan verməyib. Belədə Babazadə U-23 Avropa çempionatını gümüş medalla başa vurub.
Maqomed-Başir Xaniyev (70 kq) finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Xaniyev Avropa çempionu olub.
Səbuhi Əmiraslanov (79 kq) bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşib və 4:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
İslam İlyasov (97 kq) həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabıyla qalib gələn İlyasov titulunu qoruyaraq, ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.