AAAF parkda basketbol bayramı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, 27 növündə 12 ölkədən olan 4 mindən çox idmançının qüvvəsini sınayacağı yarışlarda yeniyetmə və gənc basketbolçuların xüsusi şou xarakterli oyunu keçirilib.

Azərbaycanın 18 yaşa qədər yığma komandasının üzvləri, həmçinin Gürcüstan və Özbəkistandan glən qonaq basketbolçuların qatıldığı tədbirdə əvvəlcə ikitərəfli oyunlar keçirilib. Maraqlı görüş izləyən tamaşaçılar oyunçuların atışlarını, keçidlərini, təkbətək mübarizələrini alqışlarla müşayiət ediblər.

Sonra 3 xallıq atışlar üzrə yarış başlayıb. 25 atışdan ən çoxunu dəqiq yerinə yetirənlər qalib elan ediliblər. Yarışı izləyənlr arasında basketbol federasiyasının və AAAF holdinqin rəhbər şəxsləri olub.

Həmin kateqoriyadan