ABŞ-ın ən yaxşı idmançısı karyerasını bitirib

Tom Bredi NFL-də 23 sezon keçirdikdən sonra təqaüdə çıxıb. Allsport.az saytı xəbər verir ki, özü də 2-ci dəfə, ilk elandan düz 1 il sonra. Onun təbirincə, boz mövsümdə pley-offun ilk raundunda sıradan çıxmaqla. “Mən idmanı tərk edirəm. Birdəfəlik. Bilirəm ki, keçən dəfə bu proses kifayət qədər çətin idi. Ona görə də bu səhər oyananda düşündüm, bunu yazıb əvvəlcə ətrafı xəbərdat etməliyən”, – ulduz reqbiçi şərh verib.

Bütün idmanı təcəssüm etdirən insanlar var: buz üztündə xokkeydə Ueyn Qretzki, basketbolda Maykl Jordan, avtomobil yarışında Mixael Şumaxer, peşəkar boksda Məhəmməd Əli.

Dünya futbolu politeist və antaqonistdir – ilk vaxtlar zaman və məkan vasitəsilə Pele və Maradona qarşıdurmasını yaşayıb, indi isə Messi və Ronaldu tərəfdarlarının son döyüşləri alovlanır.

Amerika futbolunda da belə adam var: Tom Bredi. Bütövlükdə planetdə onun kim olduğu barədə çox qeyri-müəyyən bir təsəvvür var, lakin ABŞ-da o, bütün əvvəlki krallardan üstündür.

Həmin kateqoriyadan