ABŞ-li aparıcıdan DÇ-2026 efirində gülməli səhv

ABŞ-li aparıcıdan DÇ-2026 efirində gülməli səhv

Amerikalı aparıcı Ana Kasparyan DÇ-2026 ilə bağlı canlı yayım zamanı diqqətçəkən səhvə yol verib.

Allsporr.az xəbər verir ki, TYT kanalının efirində çıxış edən jurnalist ABŞ millisinin 1/16 finalda Bosniya və Hersoqovina ilə deyil, guya eyni anda iki ölkəyə – Bosniya və Hersoqovinaya qarşı oynadığını bildirib.

Kasparyan efirdə bunları deyib:

“Baloqun ABŞ ilə Bosniya və Hersoqovina arasındakı oyunda qırmızı vərəqə aldı. Bunlar iki kiçik ölkədir. ABŞ iki kiçik dövlətə qarşı oynayırdı.”

Aparıcının Bosniya və Hersoqovinanı iki ayrı ölkə kimi təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Həmin kateqoriyadan