- Baxış sayı: 28
- 13 Avqust 2026 18:38
- Baxış sayı: 547
- Avqust 12, 2026
- 0

“Everton”un hücumçusu Martin Şerif İngiltərə futbol assosiasiyasının (FA) peşəkar futbolçulara bukmeyker kontorlarında mərc etməyi qadağan edən reqlamentini pozmaqda ittiham olunur.
Allsport.az xəbər verir ki, 20 yaşlı forvard 20 noyabr 2024 – 12 fevral 2026-cı illərdə futbol matçlarına ümumilikdə 61 dəfə mərc edib.
Futbolçuya irəli sürülən ittihamlara rəsmi cavab verməsi üçün avqustun 17-si, bazar ertəsinə qədər vaxt tanınıb.
Şerif 2019-cu ildən “Everton”un sistemində yer alır. Niderlandın yeniyetmələrdən ibarət yığmasının üzvü olan gənc hücumçu mersisaydlıların əsas heyətinin iştirak ərizəsinə daxil edilsə də, hələ ki rəsmi matçlarda debüt etməyib.