AFA prezidenti ABŞ-də saxlanıldı

AFA prezidenti ABŞ-də saxlanıldı

ABŞ federal təhqiqatlar bürosu (FBİ) Argentina futbol assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı Nyu York hava limanında saxlayıb.

Allsport.az xəbər verir ki, hadisə futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra, Tapianın ölkəni tərk etməyə çalışdığı vaxt baş verib.

AFA prezidenti ilə yanaşı, qurumun digər nümayəndələri də yoxlamaya cəlb olunub. FBİ əməkdaşları onların mobil telefonlarını və kompüterlərini müsadirə edərək araşdırmaya başlayıblar.

Məhkəmə sənədlərinə əsasən, Klaudio Tapia, AFA-nın xəzinədarı Pablo Toviqino və iş adamı Xavyer Faroni iyulun 30-da ABŞ-nin Florida ştatının cənub dairəsi üzrə federal məhkəməsində hakim qarşısına çıxacaqlar.

İstintaq çərçivəsində AFA-nın maliyyə və kommersiya fəaliyyəti, həmçinin Cənubi Floridada bahalı daşınmaz əmlakın alınması ilə bağlı əməliyyatlar araşdırılır.

Daha əvvəl araşdırmaçı jurnalist Romen Molina FİFA və AFA ilə bağlı ciddi iddialar səsləndirmiş, hər iki qurumun maliyyə əməliyyatlarında və daxili fəaliyyətində mümkün qanun pozuntularının olduğunu bildirmişdi.

Həmin kateqoriyadan