- Baxış sayı: 25
- 18 Aprel 2024 22:15
- Baxış sayı: 34
- Aprel 18, 2024
- 0
DÇ-2018-in seçmə mərhələsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.
Amma İslam Həmrəyliyi oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, bu komandalar arasında görüşün “Tofiq Bəhramov” stadionunda təşkili qərara alınıb və bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.