AFFA hansı klublara cəza kəsdi?

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

25 dekabr 2014-cü il U-16 Liqasının AzAL – “Simurq” matçının 80+2-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Tural Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

25 dekabr 2014-cü il U-16 Liqasının “Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Bakı”nın futbolçusu Aslan İsmayılovla “Xəzər Lənkəran”ın futbolçusu Taryel Mirzəyev rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 3 oyun cəzalanıb.

U-14 Liqası “Dinamo” (Yardımlı) klubunun futbolçusu Cavidan Bağışlı adlı oyunçunun sənədlərinin saxta olması aşkar olunub. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara “Dinamo” klubuna texniki məğlubiyyət verilib.

20 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Kövsər” – “Yol” matçının 19-cu dəqiqəsində “Yol”un futbolçusu Əsgər Əsədov və “Kövsər”in futbolçusu Mehman Məmmədov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanıb.

17 yanvar 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin ikinci dəstəsinin “Ulduz” – “Titan” matçının 50-ci dəqiqəsində “Titan”ın futbolçusu Elçin Abdullayev və “Ulduz”un futbolçusu İntiqam Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanıb. Oyunun 50-ci dəqiqəsində “Titan”ın futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Həmin kateqoriyadan