- Baxış sayı: 26
- 22 İyun 2026 15:13
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqanın 3-cü turunun “İnter” – “Kəpəz” matçında adı ilk çəlilən klubun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Ölkə çempionatında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 3-cü turunun “İnter” – “Kəpəz” matçının 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Şəfi Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.