- Baxış sayı: 82
- 28 Oktyabr 2026 13:46
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, cənub təmsilçisi qardaş ölkədəki ikinci sınaq matçını Almaniyanın “Kemnitser” klubuna qarşı keçirib.
Qeyd edək ki, “Kemnitser” Almaniyanın üçüncü liqasında mübarizə aparır. Bu komanda ilə görüşdə cənublular iki cavabsız qolla uduzublar.
Elbrus Məmmədovun rəhbərlik etdiyi “ağ-yaşıllar” ilk yoxlama oyununda Türkiyənin “Təkirdağspor” klubu ilə heç-heçəyə razılaşmışdı – 2:2.
Yoxlama oyunu
14 yanvar
“Xəzər Lənkəran” – “Kemnitser” 0:2