Ağabala Ramazanov: “Qarabağ”da mənim üçün hər şey yaxşı olacaq

“Qarabağ”ın yeni transferi Ağabala Ramazanov yeni komandasının Antalyada davam edən təlim-məşq topıanışına qoşulub. Allsport.az saytı xəbər verir ki, yarimmüdafiəçi ölkə çempionuna keçidi və ilk məşqi haqda qarabagh.com-a açıqlama verib: “Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. “Qarabağ”da mənim üçün hər şey yaxşı olacaq.

Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda “İnter”in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün “Qarabağ”la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq”.

Həmin kateqoriyadan