- Baxış sayı: 637
- 02 Aprel 2026 20:20
- Baxış sayı: 56
- Aprel 09, 2026
- 0

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Musabəyovu 3:1 hesabıyla məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib – 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzə Xaitova 4:1 hesabıyla qalib gəlib.