Alba “Atletiko”ya keçə bilər

Alba “Atletiko”ya keçə bilər

Allsport.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Jordi Alba bu yay “Atletiko Madrid”ə keçə bilər.

Madrid təmsilçisi Albanı transfer etmək üçün danışıqlara başlayıb. Klub yarımmüdafiəçi üçün 5 milyon avro ödəməyə razıdır.

Alba bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan