“Barselona”dan ayrılmaq üçün ən yaxşı vaxtdır”

Allsport.az xəbər verir ki, müdafiəçi Jordi Alba, klubdan ayrılması barədə danışıb:

“Çətin qərar idi. Amma düşünürəm ki, klub üçün hər şeyi etdim. Görürəm ki, insanlar məni sevirlər və məni belə düşünən bütün azarkeşləri görmək çox xoşdur.

Hər şeyi qiymətləndirdim və düşünürəm ki, getmək üçün ən yaxşı vaxtdır. Siz heç vaxt “Barselona”nı tərk etmək istəmirsiniz, amma məncə, bu, düzgün an idi”.

Həmin kateqoriyadan