- Baxış sayı: 27
- 02 İyul 2026 18:43
- Baxış sayı: 97
- İyul 01, 2026
- 0

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klop yaxın vaxtlarda yenidən fəaliyyətini bərpa edə bilər.
Allsport.az saytı xəbər verir ki, Klop Almaniya millisinin yeni baş məşqçisi postuna əsas namizəddir. Milli komandanın hazırkı baş məşqçisi Yulian Naqelsmannın gələcəyi Almaniyanın DÇ-2026-da 1/32 final mərhələsində Paraqvaya uduzaraq turnirlə vidalaşmasından sonra ciddi sual altına düşüb.
Almaniya futbol assosiasiyası milli komandanın çıxışından ciddi narazıdır və ən real ssenari Naqelsmannın istefaya göndərilməsidir.
Klop Naqelsmannın vəzifəsindən ayrılacağı təqdirdə Almaniya millisinin baş məşqçi postuna əsas namizəd hesab olunur.
Naqelsmannın gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.