Almaniyanın Paraqvaya vurduğu qol niyə sayılmadı?

FİFA-nın hakimlər komitəsinin sədri Pyerluici Kollina 2026-cı il dünya çempionatında tətbiq edilən yeni hakimlik qaydaları barədə danışıb.

Allsport.az saytı xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçirilən turnirdən əvvəl bir sıra yeni qaydalar qüvvəyə minib.

1/8 final mərhələsində Almaniya ilə Paraqvay arasında keçirilən görüşdə (1:1, penaltilər – 3:4) almaniyalı müdafiəçi Conatan Tanın vurduğu qol hücum zamanı qayda pozuntusu səbəbindən ləğv edilib.

“Yeni hakimlik qaydaları dünya çempionatından əvvəl məşqçilərə və futbolçulara məşqçilər üçün keçirilən seminar və komandalarla təşkil olunan onlayn görüşlər zamanı izah olunmuşdu. Hücum edən futbolçunun mövqeyini qoruması qayda pozuntusu sayılmır. Yalnız topa sahib olmayan hücumçu rəqibin müdafiə olunmasına mane olmaq məqsədilə qəsdən yerini dəyişərsə, bu zaman qayda pozuntusu qeydə alınır. Belə hallarda hakimlər, zərurət yaranarsa, VAR sistemi ilə birlikdə epizodu diqqətlə təhlil etməlidirlər”, – deyə Kollinanın sözlərini FİFA sitat gətirib.

Həmin kateqoriyadan