AMPK-da paraüzgüçülük millisi ilə görüş

Tokio-2020 paralimpiya oyunlarında iştirak edəcək üzgüçülük komandamızın üzvləri ilə milli paralimpiya komitəsində görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda AMPK-nın prezidenti İlqar Rəhimov paralimpiadaya lisenziya qazanmış idmançıları bir daha təbrik edib. O, idmançıların fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq onlara uğurlar arzulayıb.

Üzgüçülük üzrə milli paralimpiya komandamızın baş məşqçisi Alaverdi Culfayev göstərilən dəstəyə görə ona təşəkkürünü bildirib, Tokio-2020-yə hazırlıq barədə məlumat verib.O, komandanın Tokioda uğurla iştirak edəcəyinə və Vətənə medallar ilə qayıdacağını vurğulayıb.

Tokio-2020 XVI yay paralimpiya oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Həmin kateqoriyadan