AMPK və AzDBTİA arasında əməkdaşlıq

Bu gün milli paralimpiya komitəsi ilə Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası arasında anlaşma olub. Allsport.az saytı xəbər verir ki, sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və AzDBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.

Memorandum tərəflərin informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində akademiyanın “İdman jurnalistikası” magistr proqramının tələbələri mayın 25-26-da Bakıda paracüdo üzrə qran-prinin və bu il keçiriləcək Tokio-2020 yay paralimpiya oyunlarının işıqlandırılmasında fəal iştirak edəcəklər.

Buraya yarışların gedişində mətbuatın xəbərlərlə operativ təmin olunması və media dəstəyi ilə bağlı məsələlər daxildir. Əməkdaşlıq sayəsində akademiyanın magistr proqramının tələbələri təcrübə qazanacaq, eyni zamanda, ölkəmizdə paralimpiya hərəkatının təşviqi sahəsində görülən işlərə cəlb olunacaqlar.

Həmin kateqoriyadan