Ançelotti heç yerə getmir

Allsport.az xəbər verir ki, Karlo Ançelotti növbəti mövsümdə “Real”da qalacağını təsdiqləyib:

“Növbəti mövsümdə nələr olacağını danışmaq üçün bir az gözləmək lazımdır. Çərşənbə günü və bu iki mövsümdə baş verənləri qiymətləndiririk. Son oyun çox pis keçdi (“Siti” 0:4 ), hamımız pis olduq. 

Yaxşı mövsüm idi, amma daha yaxşı ola bilərdi. Biz bunu dəyərləndirəcəyik və bu, növbəti mövsümə doğru bir addım olacaq”. 

“Real” ilə yoluna davam edəcəyini deyən çalışdırıcı Florentino Peres barəsində:

“Biz həmişəki kimi dünən danışdıq. Görüşümüz oldu ki, o, mənə dəstəyini və sevgisini bildirdi. Biz işləri düzəltmək üçün böyük həvəslə birlikdə irəliləyəciyik”.

Həmin kateqoriyadan